Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: “Dondurulmuş münaqişələrin həlli yollarını tapmaq lazımdır”

Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: “Dondurulmuş münaqişələrin həlli yollarını tapmaq lazımdır” Serqey Sirbu: “Biz ərazilərimizdə qanın tökülməsinin əleyhinəyik”
Dağlıq Qarabağ münaqişəsi
1124
13 Mart , 2018 17:41
Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: “Dondurulmuş münaqişələrin həlli yollarını tapmaq lazımdır”
Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ “Dondurulmuş münaqişələrin həlli yollarını tapmaq lazımdır. Təəssüflər olsun ki, ATƏT regionunda bu cür münaqişələr mövcuddur. Biz ərazilərimizdə qanın tökülməsinin əleyhinəyik. Çalışmalıyıq ki, sülh, dialoq olsun. İpək Yoluna Dəstək Qrupunun məqsədi budur”.

“Report”un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Serqey Sirbu deyib.

S.Sirbu bildirib ki, ATƏT PA-ya üzv ölkələr arasında sıx əməkdaşlıq olmalıdır.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, münaqişələr sülh yolu ilə həllini tapmalıdır: “Böyük İpək Yolunu sülh, çiçəklənmə yoluna çevirməliyik. Bu platformadan faydalanmaq lazımdır”.

Orphus sistemi