Federika Mogerini: "Aİ Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin yekunlarına görə əldə olunan razılaşmaların icrasını gözləyir"

Federika Mogerini: "Aİ Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin yekunlarına görə əldə olunan razılaşmaların icrasını gözləyir" "Avropa İttifaqı ATƏT-in Minsk qrupunun təklifləri əsasında danışıqların bərpa olunmasına çağırır"
Qarabağ
8 Dekabr , 2016 14:14
Federika Mogerini: Aİ Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin yekunlarına görə əldə olunan razılaşmaların icrasını gözləyir

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin gərginləşməsi fonunda Avropa İttifaqı  (Aİ) ATƏT-in Minsk qrupunun təklifləri əsasında danışıqların bərpa olunmasına çağırır.

"Report" xəbər verir ki, bu barədə  Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Hamburqda keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 23-cü iclasında bildirib. 

Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və Sankt-Peterburqda keçirilən görüşlərinin yekunlarına görə əldə olunan razılaşmaların icrasını gözləyir.

Son xəbərlər

Orphus sistemi