Vaqif Dərgahlı: "PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var"

Vaqif Dərgahlı: "PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var" Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı: "PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var" “Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək”. Bunu
Dağlıq Qarabağ münaqişəsi
3718
16 İyul , 2020 17:47
Vaqif Dərgahlı: PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var

“Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək”.

Bunu "Report"a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Azərbaycan Ordusuna məxsus döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı şərh edərkən deyib.

“Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik”, - V.Dərgahlı bildirib.