MN Ermənistan silahlı bölmələrinin Azərbaycan mövqelərini minaatanlardan atəşə tutmasını təsdiqləyən fotolar yayıb

MN Ermənistan silahlı bölmələrinin Azərbaycan mövqelərini minaatanlardan atəşə tutmasını təsdiqləyən fotolar yayıb İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.
Qarabağ
13 İyun , 2019 10:18
MN Ermənistan silahlı bölmələrinin Azərbaycan mövqelərini minaatanlardan atəşə tutmasını təsdiqləyən fotolar yayıb

İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq  bildiriblər. 

"Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədi ilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib. Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir", - nazirlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi