​MN: Erməni hərbi qullquçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb

​MN: Erməni hərbi qullquçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb “Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir”
Dağlıq Qarabağ münaqişəsi
23 İyul , 2016 11:32
​MN: Erməni hərbi qullquçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb

Bakı. 23 iyul. REPORT.AZ/ “Ermənistan KİV-nin iyul ayının 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir. M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur”, - nazirlikdən əlavə olunub.

Son xəbərlər

Orphus sistemi