ATƏT sədri: "Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərin fəaliyyətinə dəstəyimi artıracağam"

ATƏT sədri: "Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərin fəaliyyətinə dəstəyimi artıracağam" “Çoxlu çağırışlar var, prosesə müsbət təkan verəcək əsas da var”.
Qarabağ
13 Mart , 2019 14:03
ATƏT sədri: Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərin fəaliyyətinə dəstəyimi artıracağam

“Çoxlu çağırışlar var, prosesə müsbət təkan verəcək əsas da var”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin həlli yollarının axtarılmasına və həmsədrlərinin fəaliyyətinə dəstəyini artıracaq: “Məqsədimiz gələcəyin təhlükəsiz qurulmasıdır. Slovakiyanın sədrliyi başlayan kimi bölgəyə səfər etdim ki, insanları dinləyim, vəziyyətlə tanış olum. Etimad mühitinin yaradılması, əhalinin sülhə hazırlanması, görüşlərin davam etməsi vacibdir".

M.Layçak Azərbaycan-Ermənistan sərhədində zorakılıq hallarının azalmasını alqışlayıb.

Qeyd edək ki, M.Layçak martın 5-də Azərbaycanda səfərdə olub

Son xəbərlər

Orphus sistemi