Miroslav Layçak: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır"

Miroslav Layçak: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır" Bakı. 5 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır.
Qarabağ
5 Mart , 2019 15:13
Miroslav Layçak: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak / Report / Firi Salim
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.

“Bakıya bu səfərim Slovakiyanın ATƏT sədri olaraq bu münaqişənin həllini hərtərəfli dəstəklədiyini ifadə edir. ATƏT-in Minsk qrupu danışıqlarda yeganə tanınmış formatdır, onun hər bir dəyişikliyi razılaşdırılmalıdır”, - ATƏT sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi