ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər - YENİLƏNİB

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər - YENİLƏNİB Vasitəçilər aprelin 9-da Yerevana gələcəklər
Qarabağ
5 Aprel , 2016 15:08
ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər - YENİLƏNİB

Bakı. 5 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonunadək regiona səfər edəcəklər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib. 

Məlumata görə, ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri aprelin 9-da Yerevana səfər edəcəklər.

*** 15:30

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb. 

Məlumata əsasən, həmsədrlər yaxın günlərdə Bakı və Yerevana səfər edəcəklər. 

Son xəbərlər

Orphus sistemi