Həmsədrlər Bakıya və Yerevana səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar

Həmsədrlər Bakıya və Yerevana səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar "Atəşkəs rejiminə hörmət edilməsi etimad ab-havasının yaradılması və danışıqların davam etdirilməsi üçün olduqca vacibdir"
Qarabağ
29 Mart , 2017 18:11
Həmsədrlər Bakıya və Yerevana səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar

Bakı. 29 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya (11 mart) və Yerevana (27 mart) səfərlərinin nəticələrinə dair bəyanat yayıblar.

"Report" xəbər verir ki, bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə müzakirələrin aparılması, eləcə də münaqişənin həlli istiqamətində növbəti addımların müzakirəsi olduğu deyilir.

Danışıqlar zamanı həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin missiyasına dəstəyin davam etdirilməsinin və bu missiyanın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər həmçinin atəşkəs rejiminə hörmət edilməsinin etimad ab-havasının yaradılması və danışıqların davam etdirilməsi üçün olduqca vacib olduğunu qeyd ediblər. Bəyanatda həmsədrlərin ATƏT-in Minsk qrupunun üzvlərini indiki vəziyyət barədə məlumatlandırmaq üçün Vyanaya səfər edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi