Yuxarı

Minsk qrupunun həmsədrləri noyabrda ATƏT-in Daimi Şurasının iclasında çıxış edəcəklər

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış edə

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın əvvəllərində təşkilatın Vyanadakı Daimi Şurasında çıxış edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada keçirilən danışıqlardan sonra bildirib.

Bu çıxışlar zamanı daha əlverişli ab-havanın yaranması üçün vəziyyətdən yararlanmağın vacib olduğunu qeyd edən rusiyalı nazir münaqişə tərəfləri arasında mövqeləri yaxınlaşdırmaq və güzəştlərə razılaşmaları üçün həmsədrlər tərəfindən səylərin davam edilməsinin də zərurətini diqqətə çatdırıb.

Xatırladaq ki, regiona səfərlərinin yekununda həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişatını ATƏT-in Daimi Şurası və Minsk qrupu üzvlərinə bildirmək üçün yaxın vaxtlarda Vyanaya səfər edəcəklərini açıqlamışdılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi