ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrinin nümayəndə heyətlərinin başçıları
Bu barədə "Report" ATƏT-ə istinadən xəbər verir.
ATƏT-in Nazirlər Şurasının Bratislavadakı 26-cı görüşü çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) birgə bəyanatda əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər.
Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları təmas xəttində zorakılığın aşağı səviyyəsini nisbətən müsbət qeyd ediblər və iyunda Vaşinqtonda keçirilən məsləhətləşmələr zamanı xarici işlər nazirlərinin razılaşdırdığı kimi eskalasiya riskinin azalması üçün birbaşa əlaqələrdən tam istifadəyə görə tərəflərə təşəkkür ediblər.