Milli Məclisin deputatı: “Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın konkret ciddi addımlar atacağına ümidvaram”

Milli Məclisin deputatı: “Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın konkret ciddi addımlar atacağına ümidvaram” Azərbaycan parlamentində görüş keçirilib
Qarabağ
9 Avqust , 2016 16:24
Milli Məclisin deputatı: “Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın konkret ciddi addımlar atacağına ümidvaram”

Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün Milli Məclisdə (MM) Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkədə səfərdə olan Almaniya Bundestaqının deputatı, Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Strenz ilə görüşüblər.

MM-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, işçi qrupunun rəhbəri Rövşən Rzayev görüşlərin intensivliyini, ölkələrarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini yüksək dəyərləndirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın konkret ciddi addımlar atacağına ümidvar olduğunu bildirib.

Deputatlar Fəttah Heydərov, Rafael Hüseynov, Fuad Muradov, Rasim Musabəyov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlamaqla yanaşı, Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsinə təkan verəcək bir sıra təkliflərini də qonağın nəzərinə çatdırıblar.

Karin Strenz Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dəstəkləndiyini vurğulayıb. Bu ilin mayında Almaniyaya səfər edən Prezident İlham Əliyevin ölkəsində keçirdiyi görüşlər və İqtisadi Forumdakı çıxışına dair xoş təəssüratlarını bölüşüb. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi vacibliyini qeyd edib.

Görüşdə səmərəli fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi