Milli Məclis sədrinin I müavini: “Bilmək olmur ermənilərin xəstə ideologiyası haradan qaynaqlanır”

Milli Məclis sədrinin I müavini: “Bilmək olmur ermənilərin xəstə ideologiyası haradan qaynaqlanır” “Onların bu xəstə ideologiyasının əsasında yalnız öldürmək, baş kəsmək durur”
Qarabağ
22 Aprel , 2015 12:14
Milli Məclis sədrinin I müavini: “Bilmək olmur ermənilərin xəstə ideologiyası haradan qaynaqlanır”

Bakı. 22 aprel. REPORT.AZ/ “Erməni terrorunun kökündə xəstə bir ideologiya durur: dənizdən dənizə “böyük Ermənistan” yaratmaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisi sədrinin I müavini Ziyafət Əsgərov rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimat mərasimində deyib.

Z.Əsgərov vurğulaylb ki, əslində ermənilərin dünyadakı heç bir dənizlə əlaqəsi yoxdur: “Bilmək olmur onların bu xəstə ideologiyası haradan qaynaqlanır. Onların dənizlə nə əlaqəsi var?!

Ermənilərin bu xəstə ideologiyasının əsasında yalnız öldürmək, baş kəsmək durur”.

Z.Əsgərov bildirib ki, Ermənistan tarixən Azərbaycana məxsus olmuş torpaqları güc yolu ilə özünə birləşdirməyə çalışıb: “Bunun üçün ermənilər Azərbaycanda terror aktları törətməyə başladı və indiyə qədər Azərbaycana qarşı 30-dan artıq terror aktları törədib. Bu onu göstərir ki, ermənilər hələ də bu çirkin əməllərindən əl çəkməyiblər”.

Z.Əsgərov dünyada ikili standartların hökm sürdüyünü qeyd edərək deyib ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir. O bildirib ki, beynəlxalq təşkilatlar və Avropa dövlətləri Ukrayna hadisələri ilə bağlı dərhal hərəkətə keçsələr də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analoji addımı atmır: “20 ildən artıqdır ki, Azərbaycan torpaqları erməni işğalı altındadır. Lakin BMT-nin torpaqların azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirilməyib”.

Son xəbərlər

Orphus sistemi