Metyu Brayza: "ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur"

Metyu Brayza: "ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur" ABŞ-ın Xəzər regionunda əsas marağı enerji sektorunda sabitlik və əməkdaşlıqdır
Qarabağ
16 İyun , 2017 12:07
Metyu Brayza: ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur

Bakı. 16 iyun. REPORT.AZ/ "On il əvvəl Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında müəyyən balans yaradan yeganə sənəd olan Madrid sənədi işlənib hazırlanıb. Lakin problem ondadır ki, iki ölkə prezidenti bir-birinə etibar etmir. Əsas odur ki, hər iki tərəf güzəştə getsin".

"Report" xəbər verir ki, bunu ekspert, ATƏT-in Minsk qrupunun keşmiş həmsədri Metyu Brayza "Cənubi Qafqaz beynəlxalq arenada: region və ətrafında əməkdaşlıq və rəqabət" beynəlxalq konfransında deyib.

M.Brayza həmçinin əlavə edib ki, münaqişənin yeganə həlli yolu Rusiya və ya ABŞ-ın vasitəçilik institutu və liderliyidir: "Amma düşünmürəm ki, ABŞ prezidenti Donald Tramp belə edəcək. Bunun üçün ona çox vaxt lazım gələcək. ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur".

Analitik ABŞ-ın Xəzər regionunda fəal olmadığını qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Xəzər regionunda əsas marağı enerji sektorunda sabitlik və əməkdaşlıqdır.

Son xəbərlər

Orphus sistemi