“Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

“Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi, Azedu.az təhsil portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə şəhid olan hərbçilərin məktəbli övladları arasında keçirilən “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusundakı yazı müsabiqəsinin iştirakçıları mükafatlanıdırılıb.
Qarabağ
1 İyun , 2018 15:28
“Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb
Report/Firi Salim

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi, Azedu.az təhsil portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə şəhid olan hərbçilərin məktəbli övladları arasında keçirilən “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusundakı yazı müsabiqəsinin iştirakçıları mükafatlanıdırılıb.

“Report”un xəbərinə görə, tədbirdə şəhidlərin həyat yoldaşları, Milli Məclisin deputatları Eldəniz Səlimov, Elşad Həsənov, Çingiz Qənizadə, Mahir Abbaszadə, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Tahir Mirkişili, Təhsil Nazirliyinin nümayəndələri iştirak edib.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı layihə barədə ümumi məlumat verib. O vurğulayıb ki, torpaq uğrunda döyüşlərdə şəhid olanların ailələri unudulmamalıdır, daim diqqət mərkəzində saxlanılmalıdırlar.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Azərbaycan dövləti şəhid ailələrini daimi diqqət mərkəzində saxlayır: “Hazırda etdiklərimiz cüzidir. Xocalı faciəsi, 20 Yanvar faciəsi yalnız ildönümlərində deyil, bütün il ərzində xatırlanmalıdır”.

Deputat Tahir Mirkişili ölkədə mübarizə ruhunun güclü olduğunu qeyd edib. O bildirib ki, ən qısa zamanda torpaqlar işğaldan azad edilməlidir.

Milli Məclisin üzvü Mahir Abbaszadə də şəhid ailələrinə dövlətin diqqət və qayğı göstərdiyini söyləyib.

Sonra aprel döyüşlərində şəhid olanların övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən “25-lər”lərin görüşü təşkil edilib.

Sonda şəhid övladlarına hədiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi