Elmar Məmmədyarov: "Еrməni həmkarıma həmişə sual verirəm - sıravi erməni bu münaqişədən nə qazanıb"

Elmar Məmmədyarov: "Еrməni həmkarıma həmişə sual verirəm - sıravi erməni bu münaqişədən nə qazanıb" Bakı. 5 mart. REPORT.AZ/ Siyasi iradə olmadan nəyəsə nail olmaq qeyri-mümkündür.
Qarabağ
5 Mart , 2019 11:19
Elmar Məmmədyarov: Еrməni həmkarıma həmişə sual verirəm - sıravi erməni bu münaqişədən nə qazanıb
Report/ Firi Salim

Bakı. 5 mart. REPORT.AZ/ "Siyasi iradə olmadan nəyəsə nail olmaq qeyri-mümkündür". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda beynəlxalq konfransın açılışında deyib.

O bildirib ki, sülh danışıqlarında iştirak edən şəxs kimi erməni həmkarına həmişə sual verir: "Onlara deyirəm ki, torpağı götürüb qaçmaq mümkün olmayacaq, siz işğal olunmuş ərazilərdən nə qazandınız? Ermənilər nə qazandılar" həyatları yaxşəlaşdımı? Açıq müzakirələrə ehtiyac var. Sıravi erməni bu münaqişədən nə qazanıb, həyatı yaxşılaşıbmı? Bu, Ermənistanın siyasi rəhbərliyinə göndərilən ismarışdır".

Son xəbərlər

Orphus sistemi