Yuxarı

MDB-nin icraçı katibi: "Azərbaycan ilə Ermənistan rəhbərlərinin Düşənbədə görüşü Qarabağdakı gərginliyi səngidib"

MDB-nin icraçı katibi: "Azərbaycan ilə Ermənistan rəhbərlərinin Düşənbədə görüşü Qarabağdakı gərginliyi səngidib"

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Düşənbədə son MDB Zirvə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı şəxsi görüş sayəsində Dağlıq Qarabağdakı gərginlik azalıb".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Minsk şəhərində MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev jurnalistlərə bildirib.

“Nəticə göz qabağındadır, indi münaqişə bölgəsində gərginlik bir qədər səngiyib” - icraçı katib deyib.

O, həmçinin iki ölkə rəhbərinin bu ilk məzmunlu təmasının davam etdirilərək Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcəyinə ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB Zirvə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında söhbət olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi