Markov: “Bakı və Moskva Ermənistanın təxribatlarını çox yaxşı başa düşür"

Markov: “Bakı və Moskva Ermənistanın təxribatlarını çox yaxşı başa düşür" "Rusiya niyə Paşinyana yardım etməlidir?”
Dağlıq Qarabağ münaqişəsi
10492
4 Oktyabr , 2020 15:49
Markov: “Bakı və Moskva Ermənistanın təxribatlarını çox yaxşı başa düşür
Sergey Markov

“Ermənistanın siyasi vəzifəsi döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməkdir. Onlar Azərbaycanı təhrik edirlər ki, onların ərazilərinə zərbə endirilsin”.

Bunu “Report”a rusiyalı politoloq Sergey Markov Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan ərazisindən atəşə tutulmasına münasibət bildirərkən deyib.

“Ancaq çoxu bilmir ki, KTMT bu vəziyyətdə də müdaxilə etmək qərarına gəlməyəcək, çünki təşkilatın özündə də Azərbaycanın bir çox müttəfiqi var. Türk dünyası ölkələrindən Qazaxıstan və Qırğızıstan, eləcə də müsəlman Tacikistan, habelə slavyan və pravoslav, lakin Azərbaycanla yaxından dost olan Belarus Ermənistana hərbi yardım göstərmək istəməyəcək və bu qərarı əngəlləyəcək”, - politoloq bildirib.

Ekspertin fikrincə, Ermənistan hər cür yolla Rusiyanı təhrik etməyə və münaqişəyə cəlb etməyə çalışır.

“Bunun üçün Rusiyada güclü erməni təbliğatı çalışır. Onlar var gücləri ilə münaqişəni Ermənistanla Azərbaycan arasındakı müharibə kimi deyil, Cənubi Qafqazda Türkiyə və Rusiya arasındakı müharibə kimi təqdim edirlər. Ancaq Rusiya bu münaqişəyə qarışmaq istəmir”, - o söyləyib.

S.Markov həmçinin əlavə edib ki, Paşinyan bir çox cəhətdən həm müharibədə, həm də diplomatik səviyyədə məğlub olub: “Paşinyan, xüsusən də Rusiyadan ümid etdiyi siyasi dəstəyi almadı. Ancaq bu təbiidir. O, Sorosun casusudur. Rusiya niyə ona yardım etməlidir?”

Son xəbərlər

Orphus sistemi