Mariya Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir"

Mariya Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir" Sergey Lavrov Qarabağ münaqişəsinin nizamlanması məsələsini Bakıda və Yerevanda müzakirə edəcək
Qarabağ
16 Noyabr , 2017 12:15
Mariya Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir
Sputnik/ Evgeni Odinokov

Bakı. 16 noyabr. REPORT.AZ/ "Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Rusiyanın ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qarşılıqlı məqbul həll yolu tapmaq üçün yardımı davam edir", - o bildirib.

M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-21-də Bakı və Yerevana edəcəyi səfərlər zamanı əsas mövzulardan olacağını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi