Mariya Zaxarova: "Rusiya 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə çalışacaq"

Mariya Zaxarova: "Rusiya 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə çalışacaq" "Normallaşma prosesinin dayanmaması, əksinə sürətlənməsinə çalışacağıq"
Qarabağ
27 Dekabr , 2016 16:45
Mariya Zaxarova: Rusiya 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə çalışacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ "Rusiya 2017-ci ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olamağa davam edəcək".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi məsələ ilə məşğul olmağa davam edirik: "Odur ki, normallaşma prosesinin dayanmaması, əksinə sürətlənməsinə çalışacağıq."

Son xəbərlər

Orphus sistemi