Malena Mard: "Aİ təmas xəttindəki vəziyyəti yaxından izləyir"

Malena Mard: "Aİ təmas xəttindəki vəziyyəti yaxından izləyir" Səfir: "Biz ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının keçiriləcəyinə ümid edirik"
Qarabağ
5 May , 2016 11:47
Malena Mard: Aİ təmas xəttindəki vəziyyəti yaxından izləyir

Bakı. 5 may. REPORT.AZ/ "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyəti yaxından izləyir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O, Aİ-nin ali nümayəndəsi Federika Mogerininin Dağlıq Qarabağ münaqişəsində status-kvo davamlı olmaması ilə bağlı bəyanatını xatırladıb. "Əlbəttə, sülhün bərqarar olacağına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının keçiriləcəyinə ümid edirik. Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir", - deyə M.Mard bildirib.

Xanım Mard Aİ-nin yüksək səviyyəli şəxslərinin Azərbaycana səfərlərini xatırladaraq, bunun Aİ-nin Cənubi Qafqaz regionuna göstərdiyi diqqətin əlaməti olduğunu qeyd edib.

M.Mard mayın 18-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumunun keçiriləcəyini də əlavə edib. O, bunun da Aİ-nin Azərbaycandakı işə marağının göstəricisi olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi