​Macarıstanda "Şuşa günü" adlı tədbir keçirilib

​Macarıstanda "Şuşa günü" adlı tədbir keçirilib İş adamlarının Azərbaycandakı biznes və investisiya mühiti haqqında sualları cavablandırılıb
Qarabağ
19 Mart , 2015 17:59
​Macarıstanda Şuşa günü adlı tədbir keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Şuşa Şəhər İcra Hakimiyyətinin və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Döndöşdə “Şuşa günü” keçirilib. 

Azərbaycanın Macarıstandakı səfirliyindən “Report”a verilən məlumata görə, əvvəlcə şəhər meriyasında Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Döndöş şəhər meri Tamaş Keveşin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. Görüş zamanı iqtisadiyyat, mədəniyyət və turizm sahəsindəki əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb, Döndöşdən olan iş adamlarının Azərbaycandakı biznes və investisiya mühiti haqqında sualları cavablandırılıb.

Daha sonra XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı zəngin konsert proqramı ilə çıxış edib. Konsertdən əvvəl səfir Vilayət Quliyev Şuşa ilə Döndöşü yaxınlaşdıran amillər, Dağlıq Qarabağ münaqişəsi və bütünlükdə yüksələn xətlə inkişaf edən, strateji tərəfdaşlıq statusu qazanan Azərbaycan-Macarıstan əməkdaşlığı barəsində danışıb. Konsert proqramı böyük maraq doğurub.

Qeyd edək ki, iki il bundan əvvəl Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə Macarıstanın Döndöş şəhəri arasında dostluq və qardaşlıq sazişi imzalanıb. 

Son xəbərlər

Orphus sistemi