Lukaşenko: "Dağlıq Qarabağ münaqişəsi xarici müdaxilə olmadan həll olunmalıdır"

Lukaşenko: "Dağlıq Qarabağ münaqişəsi xarici müdaxilə olmadan həll olunmalıdır" Belarus prezidenti: "Digər dövlətlər, qruplar, dəyirmi masaların təsiri olmadan problemlər həll olunmalıdır"
Qarabağ
15 İyun , 2017 14:41
Lukaşenko: Dağlıq Qarabağ münaqişəsi xarici müdaxilə olmadan həll olunmalıdır
president.gov.by

Bakı. 15 iyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla post-sovet ərazisindəki münaqişələr xarici müdaxilə olmadan həll olunmalıdır. “Report” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının dövlət katiblərinin görüşündə bildirib.

"Çox istərdik ki, mövcud problemləri özümüz həll edək. Minsk, Moskva, İrəvan və KTMT-yə üzv ölkələrin digər şəhərlərində masa arxasında. Digər dövlətlər, qruplar, dəyirmi masaların təsiri olmadan. Xüsusilə biz Qarabağ, Dnestryanı və Ukrayna problemlərini həll edə bilərik. Bu, bizim problemlərdir. Biz onları xarici siyasi bürolar və müdaxilə olmadan həll etməliyik”, - Belarus prezidenti qeyd edib. 

Son xəbərlər

Orphus sistemi