Londonda "Qarabağ: Gələcəyə baxış" mövzusunda forum keçiriləcək

Londonda "Qarabağ: Gələcəyə baxış" mövzusunda forum keçiriləcək Tədbir fevral ayının 20-nə planlaşdırılıb
Dağlıq Qarabağ münaqişəsi
12 Yanvar , 2015 10:45
Londonda Qarabağ: Gələcəyə baxış mövzusunda forum keçiriləcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Londonda "Qarabağ: Gələcəyə baxış" mövzusunda forum keçiriləcək. "Report" forumun saytına istinadən xəbər verir ki, Birinci London forumu fevral ayının 20-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan - Böyük Britaniya Məzunlar Birliyi tərəfindən keçiriləcək.

Forumun əsas məqsədlərinə Azərbaycan və xarici tələbələr arasında əməkdaşlığa dəstək, alim və tələbələrə öz tədqiqatlarını təqdim etmək və fikir mübadiləsi aparmaq üçün platformanın təmin edilməsi, eləcə də Dağlıq Qarabağ üzrə tədqiqatların və bu münaqişə ilə bağlı mövzuların dəstəklənməsi daxildir. 

Tədbirdə azərbaycanlı və xarici tələbələr o cümlədən, Britaniya universitetlərinin məzunları iştirak edəcək.  

Son xəbərlər

Orphus sistemi