Litva Seymində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib

Litva Seymində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib Litvanın ilk dövlət başçısı: "Ölkələrimizi azadlıq uğrunda canını vermiş məzlumların qanı birləşdirib"
Qarabağ
19 Yanvar , 2015 11:14
Litva Seymində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Litva Seymində (parlamentində) 20 yanvar 1990-ci il Bakı və 13 yanvar 1991-ci il Vilnüs faciələrinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Tədbirdən öncə Seymin foyesində Litvanın müstəqilliyi bərpa edildikdən sonra dövlət başçısı olmuş Vitautas Landsberqisin “Günah və bağışlanma: 13 yanvar hadisələri” kitabının ingilis dilində nəşrinin təqdimatı, daha sonra isə Seymin Konstitusiya zalında “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” adlı konfrans keçirilib.

Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edillib.

Tədbiri giriş sözü ilə açan Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mantas Adomenas azadlığın asan əldə edilmədiyini qeyd edərək bildirib ki, Bakı və Vilnüs hadisələrin eyni ssenari üzrə həyata keçirib.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə öz çıxışında Azərbaycanın da öz 13 yanvarını yaşadığını bildirib. Səfir həmçinin 20 yanvar 1990-cı ildə sovet ordusunun 30 min hərbçisinin Azərbaycanın paytaxtına və ölkənin digər şəhərlərinə daxil olduğunu bildirərək, 20 yanvar faciəsi haqqında ətraflı məlumat verib.

Litvanın ilk dövlət başçısı V.Landsberqis çıxış edərək iki ölkəni azadlıq uğrunda canını vermiş məzlumların qanı birləşdirdiyini qeyd edib. 

Tədbirdə eyni zamanda Heydər Əliyevə həsr olunmuş “Hakimiyyət yükü” filmindən 20 yanvar faciəsi ilə bağlı görüntülər və Vilnüs hadisələrinə dair video çəkiliş nümayiş olunub, zalın qarşısında 20 yanvar faciəsi ilə bağlı foto-sərgi nümayiş etdirilib.

Tədbir iştirakçıları tərəfindən 13 yanvar Vilnüs faciəsi qurbanlarının xatirə kompleksinin önünə əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi