Leyla Abdullayeva: “Kipr XİN-in bəyanatı birtərəfli və qərəzlidir”

Leyla Abdullayeva: “Kipr XİN-in bəyanatı birtərəfli və qərəzlidir” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində baş verən gərginliklə bağlı Kiprin Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.
Qarabağ
28 Sentyabr , 2020 23:30
Leyla Abdullayeva: “Kipr XİN-in bəyanatı birtərəfli və qərəzlidir”
Leyla Abdullayeva

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində baş verən gərginliklə bağlı Kiprin Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Leyla Abdullayeva bildirib ki, Kipr XİN-in 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir:

Kipr XİN-ə xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə aparır. Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır. Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir.

Son xəbərlər

Orphus sistemi