​KTMT-nin baş katibi: "Dağlıq Qarabağda gərginlik azalmayıb"

​KTMT-nin baş katibi: "Dağlıq Qarabağda gərginlik azalmayıb" Nikolay Bordyuja: "Dondurulmuş münaqişə" adlanan bölgələrdə gərginliyin artması ehtimalı qalmaqdadır"
Qarabağ
28 Aprel , 2016 12:19
​KTMT-nin baş katibi: Dağlıq Qarabağda gərginlik azalmayıb

Bakı. 28 aprel. REPORT.AZ/ "Təəssüf ki, Dağlıq Qarabağda silahlı qarşıdurmanın kəskinliyi azalmayıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci konfransdakı çıxışında bildirib.

"Dondurulmuş münaqişə" adlanan bölgələrdə gərginliyin artması ehtimalı qalmaqdadır. Son zamanlar bu kəskinləşib. Təəssüf ki, Dağlıq Qarabağda silahlı qarşıdurmanın kəskinliyi azalmayıb", - deyə o, vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi