“
“Report” xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən mətbuat konfransında Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib.
“Biz təhlükəsizlik məsələlərini, həmçinin bu regionda davam edən münaqişələrin həlli perspektivlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Bunların həlli yalnız siyasi yolla mümkündür”, - o vurğulayıb.