Ermənistan mətbuatı: Əsgərlərimiz apreldə döyüşə nasaz texnika ilə giriblər

Ermənistan mətbuatı: Əsgərlərimiz apreldə döyüşə nasaz texnika ilə giriblər Erməni hərbçilər: "Yolda çoxlu sayda nasaz tank var idi"
Qarabağ
23 Noyabr , 2016 18:00
Ermənistan mətbuatı: Əsgərlərimiz apreldə döyüşə nasaz texnika ilə giriblər

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin aprel ayında qoşunların təmas xəttindəki gərginlik dövründə erməni əsgərləri döyüşə nasaz texnika ilə girib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndələrinin ölən erməni hərbçilərinin qohumları ilə görüşündə bildirilib.

Ölən erməni hərbçilərin yaxınları cəbhə xəttində yaranan problemlərdən, o cümlədən silah-sursatın kifayət qədər olmamasından, texnikanın nasaz vəziyyətdə olmasından danışıblar. Onlar itkilərinin sayının çox olmasını silah-sursatın kifayət qədər olmaması ilə əlaqələndirirlər.

"Yolda çoxlu sayda nasaz tank var idi. Onların çoxunda çənə yanacaq yerinə su tökülmüşdü. Ona görə də mühərriki işə salan kimi, texnika nasaz hala düşürdü", - aprelin 2-də Cəbrayılda ölən erməni hərbçilərin yoldaşları bildiriblər.

Ölən erməni əsgərlərinin valideynləri hərbi əməliyyatlar zamanı övladlarının kifayət qədər silah-sursata malik olmadığını qeyd ediblər.

Mövqeyi öyrənilən qohumların əksəriyyəti hərbçilərin geyim və zirehli jiletlə bağlı probleminin olduğunu, silah və patron qıtlığı yaşadığını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi