​Kerri Ermənistan və Azərbaycanı Qarabağda gərginlikdən yayınmağa çağırıb

​Kerri Ermənistan və Azərbaycanı Qarabağda gərginlikdən yayınmağa çağırıb Dövlət katibi ABŞ-ın münaqişənin hərtərəfli həllinə yardım etməyə hazır olduğunu bildirib
Qarabağ
1 İyul , 2016 04:30
​Kerri Ermənistan və Azərbaycanı Qarabağda gərginlikdən yayınmağa çağırıb

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri cümə axşamı Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan və İlham Əliyevlə ayrı-ayrılıqda telefon söhbətləri zamanı tərəfləri son vaxtlar, əsasən barışığa əməl olunduğu Dağlaq Qarabağ regionunda "gərginlikdən yayınmağ"a çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

"O (Kerri), son həftələr Dağlıq Qarabağda qoşunların təmas xəttində barışığa əhəmiyyətli dərəcədə əməl olunmasını müsbət hal kimi qeyd edib və prezidentləri sülh prosesini irəlilətmək üçün gərginlikdən yayınmağa çağırıb", — deyə idarənin məlumatında qeyd olunur.

Dövlət katibi, həmçinin Birləşmiş Ştatların münaqişənin hərtərəfli nizamlanmasına yardım etməyə hazır olduğunu bildirib və liderləri ATƏT-in Minsk qrupunun himayəsi altında dialoqu davam etdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi