Jan-Lük Reitzer Fransanın Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini tənqid edib 

Jan-Lük Reitzer Fransanın Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini tənqid edib  “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazü bötövlüyünün bərpasıdır“.
Qarabağ
19 Oktyabr , 2020 13:39
Jan-Lük Reitzer Fransanın Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini tənqid edib 
Jan-Lük Reitzer
0 : 00
0 : 00

“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bötövlüyünün bərpasıdır“.

Bunu "Report"un yerli bürosuna Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Jan-Lük Reitzer bildirib.

O, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini deyib: "Çünki Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın haqlı olduğunu göstərir. Ümid edirəm ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi həll ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək".

Jan-Lük Reitzer Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi zəif fəaliyyətinə görə təəssüfləndiyini vurğulayıb: “Mən fransalı deputat kimi istərdim ki, Fransanın öz üzərinə düşən rolu layiqincə oynaya bilsin və Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olunsun. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bötüvlüyünün bərpa olunmasıdır".

Son xəbərlər

Orphus sistemi