Jan-Fransua Mansel Fransanın İzer departamentinin Qarabağ separatçıları ilə "saziş" imzalamasını pisləyib

Jan-Fransua Mansel Fransanın İzer departamentinin Qarabağ separatçıları ilə "saziş" imzalamasını pisləyib Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel sentyabrın 20-də Fransanın İzer departamenti ilə Azərbaycanın işğal altındakı Xocavənd (Hadrut) rayonu arasında Dostluq Xartiyasının imzalanmasını pisləyib.
Qarabağ
27 Sentyabr , 2019 14:55
Jan-Fransua Mansel Fransanın İzer departamentinin Qarabağ separatçıları ilə saziş imzalamasını pisləyib

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel sentyabrın 20-də Fransanın İzer departamenti ilə Azərbaycanın işğal altındakı Xocavənd (Hadrut) rayonu arasında "Dostluq Xartiyası"nın imzalanmasını pisləyib. 

O, "Report"un Fransa bürosuna açıqlamasında bildirib ki, bu sənəd də əvvəlkilər kimi ləğv olunacaq: "Bu addım beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Belə xartiyaların imzalanması qeyri-qanuni və beynəlxalq hüquqa tamamilə ziddir".

Jan-Fransua Mansel deyib ki, Fransanın bu cür məsələlər bağlı mövqeyi dəyişməz olaraq qalır: "Fransa Dağlıq Qarabağı Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmiş ərazi hesab edir. Eyni zamanda Fransa hökuməti yerli idarəetmə orqanlarına Dağlıq Qarabağdakı separatçı rejimlə hər hansı sənəd imzalamağı qadağan edib". 

Xatırladaq ki, Fransa məhkəmələri indiyədək bəzi departamentlər, həmçinin Arnuvil, Bur le Valans, Valans, Burq dö Peaj, Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçılar arasında imzalanmış "sazişləri" ləğv edib. 

Son xəbərlər

Orphus sistemi