İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb

İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.
Dağlıq Qarabağ münaqişəsi
6582
29 Sentyabr , 2020 14:29
İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb

İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb. 

"Report" xəbər verir ki, açıqlamada deyilir: 

"Silahların və ya terror qruplaşmalarına bağlı qüvvələrin İran İslam Respublikası ərazisindən Ermənistana keçirilməsi ilə əlaqəli əsassız xəbərlərin dərc edilməsini və təkrarlanmasını qətiyyətlə rədd edir və Azərbaycan Respublikasındakı uzunmüddətli hədəfləri üçün zəmin yaratmaq məqsədilə İranın nüfuzuna xələl gətirməyə ehtiyacı olan bəzi üçüncü tərəflərin səylərindən təəssüflənir.

İran İslam Respublikasının müvafiq rəsmi qurumları tərəfindən aparılan araşdırma və sorğulara görə, virtual şəbəkələrdə təsvir olunan saxta və şübhəli filmlərdə təsvir olunan silah və şəxslərin heç biri doğru deyil. Bu təbliğat şantajlarının əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq münasibətlərini korlamaqdır". 

Son xəbərlər

Orphus sistemi