İran səfiri: “Azərbaycanın mövqeyini dəstəkləyirik”

İran səfiri: “Azərbaycanın mövqeyini dəstəkləyirik” “İran Dağlıq Qarabağ münaqişəsi məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyir”.
Dağlıq Qarabağ münaqişəsi
578
7 Sentyabr , 2020 14:32
İran səfiri: “Azərbaycanın mövqeyini dəstəkləyirik”

“İran Dağlıq Qarabağ münaqişəsi məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin edilən səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşdə söyləyib.

Onun sözlərinə görə, İran münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazırdır.

Ceyhun Bayramov isə, öz növbəsində, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi