İran Qarabağla bağlı razılaşmanı alqışlayıb

İran Qarabağla bağlı razılaşmanı alqışlayıb "Hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsinin və bütün vətəndaşların hüquqlarını təmin etməsinin zəruriliyini vurğulamağa davam edirik"
Qarabağ
10 Noyabr , 2020 17:36
İran Qarabağla bağlı razılaşmanı alqışlayıb
Mahmud Vaezi

Rəsmi Tehran Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı razılaşmasını alqışlayır.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib.

“İran Rusiyanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. Hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsinin və bütün vətəndaşların hüquqlarını təmin etməsinin zəruriliyini vurğulamağa davam edirik”, - o, tvitter hesabında yazıb.

Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər. M.Vaezi razılaşmanın həyata keçiriləcəyinə ümidvar olduğunu da bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı kapitulyasiyaya məcbur edib. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar.

Son xəbərlər

Orphus sistemi