İƏT-nin Baş katibi: "Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasdır"

İƏT-nin Baş katibi: "Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasdır" İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hadi Süleymanpur Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədova məktub ünvanlayıb.
Qarabağ
23 Oktyabr , 2020 15:57
İƏT-nin Baş katibi: Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasdır

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hadi Süleymanpur Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədova məktub ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

“Bu yaxınlarda atəşkəs razılaşmasının pozulması və Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasının regional sülh və sabitliyə ciddi təhlükə törətməsi ilə əlaqədar dərin narahatlığımı bölüşmək istəyirəm. Həmçinin Azərbaycan Respublikasının hökumətinə, azərbaycanlı bacı və qardaşlarımıza, xüsusən də öz vətənini və xalqını müdafiə yolunda həyatlarını qurban verən qəhrəman əsgərlərin şəhidliyi ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı ifadə edirəm. Eləcə də Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinin günahsız mülki əhalisinə qarşı son hücumlarla beynəlxalq humanitar hüququn pozulmasından dərin narahatlığımı bildirirəm.

Regional iqtisadi təşkilat olaraq və özünün Azərbaycan Respublikası kimi ən vacib üzvlərindən biri olan İƏT dayanıqlı social-iqtisadi hədəflərə çatmaq naminə regionda sülh və sabitliyin əhəmiyyətini tam dərk edir. Bu məqsədlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasdır və yüksək dəyərə malikdir.

Fürsətdən yararlanaraq, vəziyyətin deeskalasiyası üçün dərhal və davamlı atəşkəsin razılaşdırılması üçün beynəlxalq səylərə və münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə dəstəyimizi bir daha təkrarlayıram”.

Son xəbərlər

Orphus sistemi