Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü baş tutacaq.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 18-də Bernə (İsveçrə) işgüzar səfərə gedəcək. Dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək", - məlumatda deyilir.