Yuxarı

İran XİN rəhbəri: "Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır"

İran XİN rəhbəri: "Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır"
İran Dağlıq Qarabağ münaqişəsinin çözülməməsindən narahatdır

Bakı. 16 fevral. REPORT.AZ/ İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, İran problemin həll olunmamasından narahatdır, çünki İran sərhəddinin 100 km ərazisi münaqişə zonasından keçir. "Biz dəfələrlə bu məsələ ilə bağlı təşəbbüslə çıxış etmişik və bildirmişik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Əgər İran münaqişənin həllində hər hansı bir rol oynaya bilərsə, biz əlimizdən gələn köməyi etməyə hazırıq", - M.Zərif bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi