Bakı. 25 iyul. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır".
"Report"un news.am saytına istinadən verdiyi xəbərə görə, bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi deyib.
Səfirin dediyinə görə, İran üçün qonşuların təhlükəsizliyi və stabilliyi prioritet məsələlərdəndir. "Münaqişələr sülh yolu ilə, danışıqlarla həll olunmalıdır", - səfir bildirib.
O əlavə edib ki, beynəlxalq normalar münaqişənin sülh yolu ilə həlli üçün əla imkan yaradır.