​İran Azərbaycana Qarabağ münaqişəsinin həlli istiqamətində yardım və dəstəyini təklif edib

​İran Azərbaycana Qarabağ münaqişəsinin həlli istiqamətində yardım və dəstəyini təklif edib İki ölkənin müdafiə naziri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə edib
Qarabağ
3 Aprel , 2016 15:23
​İran Azərbaycana Qarabağ münaqişəsinin həlli istiqamətində yardım və dəstəyini təklif edib

Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi