İqor Popov: "Təmas xəttində vəziyyət sabitləşib"

İqor Popov: "Təmas xəttində vəziyyət sabitləşib" Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib.
Qarabağ
2 Noyabr , 2018 14:57
İqor Popov: Təmas xəttində vəziyyət sabitləşib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. O cümlədən iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq", - deyə İ.Popov bildirib.

Son xəbərlər

Orphus sistemi