İƏGF rəsmisi Xocalı soyqırımından danışdı

İƏGF rəsmisi Xocalı soyqırımından danışdı Xocalı faciəsindən 28 il ötməsinə baxmayaraq, həmin məşum gecə yaşanan acıları və əzabları bu günə qədər hiss edirik.
Qarabağ
25 Fevral , 2020 18:15
İƏGF rəsmisi Xocalı soyqırımından danışdı
Sinan Karşıyaka / Report

"Xocalı faciəsindən 28 il ötməsinə baxmayaraq, həmin məşum gecə yaşanan acıları və əzabları bu günə qədər hiss edirik". 

Bunu "Report"un Fransa bürosuna İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) İnzibati məsələlər üzrə direktoru Sinan Karşıyaka bildirib.

O, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində forum üzvlərinin Avropanın bir sıra şəhərlərində maarifləndirmə işləri apardıqlarını söyləyib: "Artıq Xocalı soyqırımından 28 il keçir. Lakin buna baxmayaraq, o gün azərbaycanlılara qarşı edilən qəddarlıqları, azərbaycanlı qardaş və bacılarımızın o gecə yaşadıqları acıları bu gün də hiss etməkdə davam edirik. Bu qırğın təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmişdi. Bunların yenidən təkrarlanmaması maarifləndirmə və məlumatlandırma kampaniyasına dəstək vermək üçün Parisə gəlmişik. Parisdən sonra birbaşa Budapeştə üz tutacağıq və bu başladığımız işimizi orda davam etdirəcəyik". 

S.Karşıyaka forum tərkibində Xocalı soyqırımına xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb: "Bizim forum 56 ölkənin gəncləri ilə birgə fəaliyyət göstərir. Azərbaycanlı qardaş və bacılarımıza qarşı törədilmiş soyqırımına forumumuz çərçivəsində xüsusi həssaslıqla yanaşılır. Təəssüflər olsun ki, Xocalı soyqırımını törədən cinayətkarlar hələ də cəzalandırılmayıblar. Bu da onların bundan sonra da öz əməllərini davam etdirmələrinə imkan yaradır. Lakin cinayətkarların cəzalandırılacaqlarına və ədalətin bərpa olunacağına inanırıq".

Son xəbərlər

Orphus sistemi