​İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron lövhə yerləşdirilib

​İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron lövhə yerləşdirilib Məqsəd xarici vətəndaşların Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlarla təmin edilməsidir
Qarabağ
19 İyun , 2015 18:47
​İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron lövhə yerləşdirilib

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib.

Şuradan "Report"a verilən məlumata görə, lövhənin hazırlanmasında məqsəd I Avropa Oyunları ilə əlaqədar ölkəmizə səfər edən çoxsaylı xarici vətəndaşların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlarla təmin edilməsidir.

Monitorda Şuranın Şuşa və Ağdam haqqında çəkdiyi sənədli filmlər nümayiş etdirilir, eyni zamanda, qaçan sətirlərlə işğal altında olan rayonlara dair informasiyalar verilir.

Məlumat lövhəsinə işğal altında olan ərazilərimizin fərqləndirildiyi xəritə və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə dair geniş statistik məlumatların əks olunduğu ingilis və rus dillərində bukletlər də yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi