Yuxarı

Hikmət Hacıyev: "Həmsədrlər Azərbaycana fevralın 6-da gələcəklər"

Hikmət Hacıyev: "Həmsədrlər Azərbaycana fevralın 6-da gələcəklər"
Fevralın 7-də isə rəsmi görüşlər keçiriləcək
© Report — Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

Bakı. 2 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələr davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi