Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı: 3 mülki şəxs həlak olub, 10 nəfər uşaq və qadın ağır yaralanıb

Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı: 3 mülki şəxs həlak olub, 10 nəfər uşaq və qadın ağır yaralanıb “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib”
Qarabağ
27 Oktyabr , 2020 17:32
Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı:  3 mülki şəxs həlak olub, 10 nəfər uşaq və qadın ağır yaralanıb
Hikmət Hacıyev

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi