Hikmət Çətin: "Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması üçün səy göstərmək istəmir"

Hikmət Çətin: "Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması üçün səy göstərmək istəmir" Bakı. 15 mart. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması üçün səy göstərmək istəmir.
Qarabağ
15 Mart , 2018 17:14
Hikmət Çətin: Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması üçün səy göstərmək istəmir

Bakı. 15 mart. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması üçün səy göstərmək istəmir".

"Report"un xəbərinə görə, bunu VI Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü yalnız sözdə dəstəkləyirlər: "Bu, onu göstərir ki, bu gün dünyada konsensus və real əməkdaşlıq yoxdur. Çox ümid edirəm ki, Bakı Forumunda iştirak edən dünya liderləri və beynəlxalq təşkilatların nümayəndələri bu məsələnin həllinə köməklik göstərəcəklər".

Son xəbərlər

Orphus sistemi