Hənəfi Rəis: "İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır"

Hənəfi Rəis: "İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır" "İndoneziya Ermənistan-Azərbaycan münaqişəsinin diplomatiya yolu ilə silah istifadə etmədən həllinin tərəfdarıdır"
Qarabağ
2 Noyabr , 2016 09:49
Hənəfi Rəis: İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır

Bakı. 2 noyabr. REPORT.AZ/ "İndoneziyanın Xalq Məşvərət Məclisi (XMM) Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır".

"Report" xəbər verir ki, bunu XMM-nin sədri Hənəfi Rəis İndoneziyaya səfər edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib.

H.Rəis əlavə edib ki, İndoneziya Ermənistan-Azərbaycan münaqişəsinin diplomatiya yolu ilə, silah istifadə etmədən həllinin tərəfdarıdır.

"Münaqişə hər iki tərəf üçün dağıdıcıdır. Yaxın zamanda münaqişə həll olunmasa, o, yenidən qızışa bilər", - deyə İndoneziyanın qanunvericilik orqanının spikeri bildirib.

Son xəbərlər

Orphus sistemi