Həmsədrlər ATƏT-in Minsk qrupunun üzvlərini Qarabağla bağlı məlumatlandıracaqlar

Həmsədrlər ATƏT-in Minsk qrupunun üzvlərini Qarabağla bağlı məlumatlandıracaqlar Ceyms Uorlik: "ATƏT-in Minsk qrupu üzvlərinin görüşü Vyanada baş tutacaq"
Qarabağ
13 Fevral , 2015 15:03
Həmsədrlər ATƏT-in Minsk qrupunun üzvlərini Qarabağla bağlı məlumatlandıracaqlar

Bakı. 13 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri qrup üzvlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqqında məlumatlandıracaqlar. 

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb. 

O qeyd edib ki, ATƏT-in Minsk qrupu üzvlərinin görüşü Vyanada baş tutacaq, bundan sonra həmsədrlər regiona yollanacaq və münaqişənin həlli ilə bağlı danışıqları davam etdirəcəklər 

Qeyd edək ki, fevralın 16-da həmsədrlər Bakıda görüşlər keçirəcək, fevralın 17-də isə İrəvana gedəcəklər. 

Son xəbərlər

Orphus sistemi