Həmsədrlər: "ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır"

Həmsədrlər: "ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır" "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qalanlarla birgə işləməyə hazırıq"
Qarabağ
22 Yanvar , 2016 15:47
Həmsədrlər: ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır

Bakı. 22 yanvar. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri "Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması yolunda göstərilən səyləri alqışlayır və problemin sülh yolu ilə nizamlanmasına sadiq olanlarla birgə işləməyə hazır olduğunu bildirir".

"Report" xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda belə deyilir.

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaxın gələcəkdə münaqişə ilə bağlı qətnaməni nəzərdən keçirə biləcəyini anlayırıq. AŞPA-ya, eləcə də digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır. AŞPA üzvlərinin marağını qiymətləndiririk və onları ATƏT-in Minsk qrupunun mandatını pozacaq addımlar atmamağa və ya davam edən danışıqları mürəkkəbləşdirməməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi