Həmsədr: "Prezidentlərin görüşlərinin yekunlarına dair bəyanatlar tərəflər arasında etimadın artırılmasına dair tədbirləri nəzərdə tutur"

Həmsədr: "Prezidentlərin görüşlərinin yekunlarına dair bəyanatlar tərəflər arasında etimadın artırılmasına dair tədbirləri nəzərdə tutur" "Tərəflərin prosesə müsbət yanaşması mühüm vəzifədir"
Qarabağ
11 Mart , 2017 15:46
Həmsədr: Prezidentlərin görüşlərinin yekunlarına dair bəyanatlar tərəflər arasında etimadın artırılmasına dair tədbirləri nəzərdə tutur
Report.az

Bakı. 11 mart. REPORT.AZ/ “Məlumdur ki, postsovet məkanında münaqişələr dondurulmuş adlanır, lakin Dağlıq Qarabağ münaqişəsinin tərifi fərqlidir”.

“Report” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.

ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekutanın münaqişə zonasına səfəri zamanı münaqişənin “həlli uzadılmış” adlandırılmasına münasibət bildirən R.Hoqland qeyd edib ki, bu, münaqişənin həllinin tapılmasına ümid verir.

ATƏT missiyasının müşahidəçilərinin sayının artırılması barədə danışan R.Hoqland, bu mövzuda öz fikirlərini bölüşmək istəmədiyini söyləyib: "Lakin Vyana və Sankt-Peterburqda prezidentlərin görüşlərinin yekunlarına dair bəyanatlar tərəflər arasında etimadın artırılmasına dair tədbirləri nəzərdə tutur. Düşünürəm ki, tərəflərin prosesə müsbət yanaşması mühüm vəzifədir".

Qeyd etmək lazımdır ki, R.Hoqland mətbuat konfransında Dağlıq Qarabağda işğalçı rejim tərəfindən saxlanılan iki azərbaycanlının taleyi haqqında suala cavab verməkdən imtina etdi: "Bu, çox həssas məsələdir və mən məsələni daha da qəlizləşdirmək istəmirəm". 

Son xəbərlər

Orphus sistemi